Ekvadorda baş verən zəlzələdə ölənlərin sayı artıq 233 nəfərə çatıb.
Qaziler.az bildirir ki, APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ekvador prezidenti Rafael Korrea “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.Dövlət başçısı qeyd edib ki, Tarki-de-Manta rayonu zəlzələdən ciddi ziyan çəkib, binalar dağılıb.