Hindistanın Kerala ştatında məbəddə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Qaziler.az bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 250-dək zəvvar xəsarət alıb.Bir qədər əvvəl bildirilmişdi ki, Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 77 zəvvar ölüb, azı 200 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “India Today” nəşri məlumat yayıb.
Məlumata görə, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.
İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.