Bakının Nizami rayonu ərazisində iki marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 7 nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə Trend-ə xəstəxanadan məlumat veriblər. Məlumata görə, hazırda yaralılardan 1 nəfərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Qalan 6 nəfərin vəziyyəti isə kafi qiymətləndirilir.Xəstəxanadan bildiriblər ki, hazırda hadisə yerinə yenidən təcili tibbi yardım briqadası göndərilib və yaralıların sayının çox olduğu deyilir.
Qeyd edək ki, bu gün hadisə Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.
103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qəza zamanı ölən piyada olub.
Səhiyyə Nazirliyindən qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.
Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gültən, Ağamirzəyeva Əzizə və naməlum kişi xəsarət alıb.
APA-nın hadisə yerində olan əməkdaşı isə dəqiqləşdirib ki, ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.