Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən cəsədin tanınması və Vətənə gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Qaziler.az bildirir ki, FHN-nin məlumatına görə, həmin təyyarə aprelin 4-də axşam saatlarında geri qayıdıb və cəsəd aidiyyəti üzrə təhvil verilib.