28 Mall-da bomba həyəcanı

28 Mall-da bomba həyəcanı backend

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Qaziler.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.
Diaspora