Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində cəbhə xəttində öldürülən 3 erməni hərbçisinin fotolarını paylaşıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunlardan ikisi - 1989-cu il təvəllüdlü Sasun Mkrtçyan və 1963-cü il təvəllüdlü Nodarik Marqaryan müqavilə ilə xidmət edən hərbi qulluqçulardır. Üçüncü öldürülən hərbçi isə 1988-ci il təvəllüdlü kapitan Ovsep Kirakosyandır.
Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində öldürülən daha dörd hərbçinin adını açıqlayıb. Öldürülənlərdən ikisi zabitlərdir. Mayor Ovsep Maisyan və kapitan Armenak Urfanyanla yanaşı sıravi Yuro Fərəməzyan və serjant Kərəm Sloyan da döyüşlərdə öldürülüb.
Öldürülən şəxslərdən üçünün Ermənistan vətəndaşı olduğu dəqiqləşib. Ovsep Kirakosyan Armavirdən, Nodarik Marqaryan Quqarkdan, Sasun Mkrtçyan isə İrəvandandır.