Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.
Qaziler.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.