ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marylanddakı Amerika Diyanət Mərkəzinin açılışını edib.
Qaziler.az-ın məlumatına görə, Turkustan.info Anadolu Ajansına istinadla xəbər verir ki, mərkəzin açılış zamanı azərbaycanlı jurnalist – ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşova gözyaşları ilə Ərdoğana Azərbaycan-Ermənistan cəbhə xəttindəki gərginliklə bağlı sual verib.Ərdoğan isə “Az öncə Azərbaycan telekanallarında çalışan bir jurnalist qarşımı kəsdi. Onun gözlərində göz yaşı gördüm. Görəsən, bizim ölkənin jurnalistlərinin gözündə bu göz yaşını görə biləcəyik?” deyib.