Müzəffər Baxışov Vəkillər Kollegiyasından xaric edilib

Müzəffər Baxışov Vəkillər Kollegiyasından xaric edilib backend

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın vəkil Müzəffər Baxışovla bağlı şikayətinə baxılıb.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, iclasda M. Baxışovun Vəkillər Kollegiyasından xaric edilməsi barədə qərar qəbul edilib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən M. Baxışov bildirib ki, T. Qoldman ondan Ali Məhkəmənin sədri barəsində mətbuatda səsləndirdiyi fikirlərə görə şikayət edib. M. Baxışov onun üzvlükdən xaric edilməsi ilə bağlı kollegiyanın məhkəməyə müraciət edəcəyini deyib.
Diaspora