Dağıstanda hərbi maşın partladıldı: ölən və yaralananlar var

Dağıstanda hərbi maşın partladıldı: ölən və yaralananlar var backend

Dağıstanda partlayış törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” markalı hərbi maşını partladıblar. Hadisə nəticəsində bir hərbçi ölüb.


Məlumata görə, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb.

İnsident Mahaçqala yaxınlığında yerli vaxtla saat 21.00 radələrində baş verib. Hadisədən sonra Dağıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalada təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Diaspora