Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
Qaziler.az bildirir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.