Vəkillər Kollegiyasına qəbul başlayır.
Qaziler.az bildirir ki, Kollegiyadan APA-ya verilən məlumata görə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:1.Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə.
2.Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti.
3.Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti.
4.Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti.
5.Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış.
6.3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
7.Kadrların şəxsi məlumat vərəqəsi.
8.Tərcümeyi hal.
Sənədlər Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48-də yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında 2016-cı il aprel ayının 4-dən avqust ayının 4-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 14:00-dan 18:00-dək qəbul olunur.
İxtisas imtahanlarının keçirilməsi tarixi barədə isə əlavə məlumat veriləcək.