Qax rayonuna dolu yağıb - FOTO

Qax rayonuna dolu yağıb - FOTO backend

Bu gün axşam saatlarında Qax rayonuna güclü dolu yağıb.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, təqribən saat 16:45-dən etibarən yağmağa başlayan dolu 5 dəqiqə davam edib. Yağan dolu rayonun kənd təsərrüfatına ziyan vurmayıb, hava mülayimləşib və gün çıxıb.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən "Report"a bildirib ki, dolu yağması yaz fəslinə xas olan hadisədir: "Dünən səhər saatlarından etibarən qeyri-sabit keçən hava şəraiti nəticəsinə şimal-qərb bölgəsinin dağlıq ərazilərinə də qar yağıb. Dolunun şəhər ərazisinə yağdığı vaxtda şəhər mərkəzindən 12 kilometr aralıda yerləşən İlisu və dağətəyi kəndlərə qar yağıb".
Diaspora