Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.
Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 13:00-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Azərbaycanda DƏHŞƏTLİ FACİƏ: ev yandı, iki azyaşlı öldü

