Şirkətə məxsus avtomobil körpüdən aşdı - AZƏRBAYCANDA

Şirkətə məxsus avtomobil körpüdən aşdı - AZƏRBAYCANDA backend

Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Mingəçevir-Bəhramtəpə yolunun 53-cü kilometrliyində 1982-ci il təvəllüdlü Aslanov Ceyhun Şahlar oğlunun idarə etdiyi "Ford Connect" markalı 90 JX 106 dövlət qeydiyyat nişanlı avtomobil körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Ağayeva Mədinə Əvəz qızı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, avtomobil destrübüter şirkətlərdən birinə məxsus olub.
Diaspora