Azərbaycan daxili işlər nazirinin birinci müavini postuna təyinat olub.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin edilib.DİN-dən APA-ya məlumatı təsdiqləyiblər.
V. Eyvazov buna qədər daxili işlər nazirinin əməliyyat işləri üzrə müavini olub.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin birinci müavini postu yaradılıb.
Bu, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.