Ankarada güclü partlayış: 27 nəfər ölüb, 75 nəfər yaralanıb - YENİLƏNİB - FOTO

Ankarada güclü partlayış: 27 nəfər ölüb, 75 nəfər yaralanıb - YENİLƏNİB - FOTO backend

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

Qaziler.az "Milliyyət"ə istinadən bildirir ki, Ankara Valiliyinin məlumatına görə, partlayış zamanı 27 nəfər həyatını itirmiş, 75 nəfər yaralanıb.
***
22.04
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 5 nəfər yaralanıb. Çoxlu sayda yaralının olduğu bildirilir.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Partlayışın gücündən yaxınlıqdakı avtomobil və binalar da zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.

Hazırda ikinci partlayış təhlükəsi ehtimal olduğundan polis ətraf əraziləri boşaldır.
Diaspora