İran-Azərbaycan sərhəddində atışma olub, beş nəfər ölüb

İran-Azərbaycan sərhəddində atışma olub, beş nəfər ölüb backend

Mart ayının 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Qaziler.az bildirir ki, Dövlət Sərhəd Xidmətinindən Trend-ə verilən məlumata görə, saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilmiş və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilmişdir. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstərmişlər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Raespublikası Qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunmuş, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanmış, 2 nəfər isə saxlanılmışdır. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmamışdır.

Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Koman­danı general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup hadisə yerindədir.

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Diaspora