Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Tokioya səfəri zamanı Pakistanın federal ombudsmanı ilə qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.
Qaziler.az bildiriblər ki, Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, sənəd insan hüquqlarının təmini və müdafiəsi, layiqli idarəetmə, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi və birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Memorandumun məqsədi, habelə Azərbaycan vətəndaşlarının Pakistan ərazisində, Pakistan vətəndaşlarının isə ölkəmizdə hüquqlarının pozulması halları barədə təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulmuş hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində kömək edilməsidir.Xatırladaq ki, indiyədək Polşa, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan, Rusiya və onun Tatarıstan və Dağıstan respublikaları ilə də bu cür qarşılıqlı anlaşma memorandumları imzalanıb. Pakistan ombudsmanı ilə imzalanmış Anlaşma Memorandumu sayca 14-cüdür.
Memorandumun imzalanmasından sonra Azərbaycan, İran, Çin, Pakistan, Özbəkistan ombudsmanlarının və səfirlərinin iştirakı ilə görüş keçirilib.