Ukraynada mədəndə qəza baş verib, xəsarət alanlar var

Ukraynada mədəndə qəza baş verib, xəsarət alanlar var backend

Ukraynada Dnepropetrovsk vilayətindəki “Yubileynaya” kömür mədənində qəza baş verib.

Qaziler.az bildirir ki, APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 fəhlə yanıq xəsarəti alıb.

İnsident zamanı mədəndə 173 işçinin olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, qəza mədəndə metan qazının alovlanması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar xüsusi komissiya yaradılıb.
Diaspora