Bakıda baş verən yol qəzasında xəsarət alanların sayı 21 nəfərə çatıb

Bakıda baş verən yol qəzasında xəsarət alanların sayı 21 nəfərə çatıb backend

Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
*** 18:24
Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, hadisə yerinə 5 həkim briqadası gedib: "16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır. Onlardan biri əməliyyata götürülüb, iki nəfərin isə vəziyyəti ağırdır".
Hadisə zamanı ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Diaspora