İslam Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.İ.Əliyev vəzifəsindən öz ərizəsi ilə azad olunub. O, ərizəsində tutduğu vəzifədən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsinə baxılmasını xahiş edib.