Azərbaycan və Türkiyə qırıcıları Konyada birgə hərbi təlimlər keçirəcək.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.Məlumata görə, “TURAZ Şahini–2016” adlı hərbi təlimlər 7-25 mart tarixləri arasında baş tutacaq.
Hərbi təlimlərin keçirilməsində məqsəd uçuş hazırlığını artırmaq və hərbi sahədə əməkdaşlığı genişləndirməkdir.