Türkiyənin Kayseri vilayətinin Sarız rayonunda "Adıyaman Belediyespor" həndbol komandasını daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Qaziler.az bildirir ki, "Report"-un “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, "Kahramanmaraş-Kayseri" şossesində baş verən qəza nəticəsində 11 nəfər yaralanıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi göstərilir.Hadisə ilə bağlı araşdırma davam edir.