Qazaxıstanın Aktau vilayətində narkotik maddə satışı ilə məşğul olan 38 yaşlı yerli sakin və 31 yaşlı Azərbaycan vətəndaşı həbs olunub.
Qaziler.az-ın məlumatına görə, "Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Aktau şəhər məhkəməsinin hakimi Aida Bulakbayeva məlumat verib.Azərbaycan vətəndaşı maşında 115 min təngə müqabilində 23 bağlama heroini digər saxlanılan şəxsə satarkən yaxalanıb. Azərbaycanlı iki ildir narkotik maddədən istifadə etsə də, onun satışı ilə məşğul olmadığını bildirib və günahını boynuna almayıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.