Vorkutada şaxtada baş vermiş növbəti partlayış nəticəsində 6 nəfər ölüb

Vorkutada şaxtada baş vermiş növbəti partlayış nəticəsində 6 nəfər ölüb backend

Rusiyanın Vorkuta şəhəri yaxınlığında yerləşən “Severnaya” şaxtasında baş vermiş yeni partlayış nəticəsində 5 xilasedici və 1 mədən işçisi ölüb.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə xilasetmə xidmətindən bildirilib.

“03.35-də yeni partlayış baş verib. İlkin məlumata görə, 6 nəfər ölüb: 5 xilasedici və 1 şaxtaçı ölüb. Daha 5 nəfər isə xəsarət alıb”, - deyə mənbə bildirib.

Qeyd edək ki, qeyd olunan şaxtada birinci qəza bundan əvvəl, fevralın 25-də 748 metr dərinlikdə baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub, onlardan 80 nəfəri şaxtadan çıxarmaq mümkün olub, 26 nəfərin taleyi məlum deyil.
Diaspora