Bu gün Bakı Apellyasiya Məhkəməsində Saday Şəkərlinin apellyasiya şikayətinə baxılıb.
Qaziler.az bildirir ki, Lent.az-ın məlumatına görə, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən şikayət təmin etməyib.Qeyd edək ki, S. Şəkərlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
S. Şəkərov (Saday Şəkərli) eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir