Türkiyəli iş adamının həbs müddəti uzadılıb

Türkiyəli iş adamının həbs müddəti uzadılıb backend

Bu gün Nərimanov Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qaziler.az bildirir ki, bu barədə “Report”a E.Cavadın vəkili Sadiq Rəsulov məlumat verib.
Vəkilin sözlərinə görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ildə saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Diaspora