Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur. Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb. APA-nın 3 saylı şəhər Klinik Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 12 nəfər bu xəstəxanaya gətirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslər aşağıdakılardır:
1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin (ata adı məlum deyil)
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş
Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev APA-ya bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:
1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu
1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu
Qeyd edək ki, məlum qəza hadisəsi bu gün səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və “Nissan” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 62 saylı avtobusun sərnişinlərdən Asif Yusif oğlu Nəsirov hadisə yerində ölüb. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.
**
11:31
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Hazırda onlar reanimasiyaya yerləşdirilib. İki nəfər isə travmatologiya şöbəsindədir. Digər yaralıların vəziyyəti orta ağırdır.
**
Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə isə “Deawoo” markalı avtobus Qara Qarayev prospektində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq səkidə dayanmış piyadanı vurub. Bundan sonra avtobus yolayrıcındakı işıqfora çırpılıb, daha sonra isə hərəkətdə olan “Nissan” markalı minik avtomobilini vurub.
Piyada hadisə yerindəcə keçinib.
Avtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb.
**
Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun “Nissan” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.
Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Lent.az-ın məlumatına görə, ölən şəxs 1966-cı ildə anadan olub.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.
**
10:58
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 09:48 radələrində Bakı Şəhər Təcili Tibbi yardım Stansiyasına baş vermiş qəza ilə bağlı çağırış daxil olub.
Paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında 36 saylı və 62 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 13 nəfər yaralanıb, 1 nəfər isə ölüb.
Ölən şəxsin kişi olduğu deyilir, o təxminən 60-65 yaşlarında olub və hadisə yerindəcə keçinib. Yaralılar isə 3 saylı Sabunçu xəstəxanasına aparılıb.
Bildirək ki, hadisə yerinə 10-a yaxın Təcili Tibbi Yardım briqadası cəlb edilib.
***
10:45
Bakıda sərnişin avtobusu qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
APA-nın əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.