Suriyanın Homs şəhərində iki partlayış olub, 26 nəfər ölüb, 100 nəfər yaralanıb - YENİLƏNİB

Suriyanın Homs şəhərində iki partlayış olub, 26 nəfər ölüb, 100 nəfər yaralanıb - YENİLƏNİB backend

Suriyanın Homs şəhərinin mərkəzində törədilən iki partlayış nəticəsində 26 nəfər ölüb, 100 nəfər yaralanıb.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu barədə xəstəxana əməkdaşına istinadən RİA "Novosti" məlumat yayıb
***11:26
Suriyanın Homs şəhərinin mərkəzində iki partlayış baş verib, ölən və yaralananlar var.
Bu barədə yerli polisdəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Homsun mərkəzində, Əz-Zəhra məhəlləsindən keçən Sittin küçəsində iki partlayış baş verib. Bombalardan biri terrorçu-kamikadze tərəfindən işə salınıb. Dinc əhali arasında ölən və yaralananlar var", — deyə agentliyin həmsöhbəti bildirib.
Diaspora