Astarada və Goranboyda yanğın olub

Astarada və Goranboyda yanğın olub backend

Goranboy və Astarada yanğın hadisəsi qeydə alınıb.

Qaziler.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 13 km aralı) isə vətəndaşa məxsus 300 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 4 otağının yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 840 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət tikilinin 1 otağının tavanı 12 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Diaspora