Nardaran qəsəbə sakinlərinin birindən sənədsiz ov tüfəngi götürülüb, başqa bir qəsəbə sakini isə silahını könüllü şəkildə polisə təhvil verib.
Qaziler.az bildirir ki, “Report”un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini 1941-ci il təvəllüdlü Xanoğlan Rzaqulu oğlu Nağıyevdən 16 çaplı sənədsiz ov tüfəngi götürüb.Nardaran qəsəbə sakini 1972-ci il təvəllüdlü Mübariz Hacıağa oğlu Nağıyev isə İJ markalı 12 çaplı ov tüfəngini könüllü olaraq Polis Bölməsinə təhvil verib.