​Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb

​Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb backend

Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində 380 ədəd baytarlıq sənədi olmayan tutuquşunun Dağıstan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.
Xidmət müfəttişləri yükün daşınması zamanı baytarlıq-sanitar qaydalarının pozulmasına dair akt tərtib ediblər. Quşlar Azərbaycan Respublikası ərazisinə geri qaytarılıb.
Diaspora