Terror aktı qurbanlarının sayının artacağı bildirilir.
Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.Türkiyə hökümətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb.
23:08 / Ölənlərin sayı artdı: 21
Türkiyə səhiyyə naziri Müəzzinoğlu terror aktı zamanı yaralıların sayının artdığını bildirib.
Onun sözlərinə görə, 61 nəfər yaralıdan 14-ü xəstəxanaya yerləşdirilib.
Artıq ölənlərin sayının da 21 nəfərə çatdığı bildirilir.
22:41 / Ankaradakı partlayışda ölü sayı artdı
Ankara valisi Mehmet Kılıçlar bildirib ki, terror aktı nəticəsində ölənlərin sayı artıb.
O deyib ki, ilkin məlumatlara görə şiddətli partlayış nəticəsində 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.
Terror aktı 3 maşının partladılması nəticəsində baş verib.