Bakıda polis maşınına çəkiclə hücum edildi

Bakıda polis maşınına çəkiclə hücum edildi backend

Bakıda polis avtomobilinə hücum edilib.

Qaziler.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS-ə verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisindəki Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb.

O deyib ki, yol polisi əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücüyə protokol tərtib edərkən ərazidən keçən bir nəfər 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinə maddi xəsarət yetirib. "Ərazidə olan hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində avtomobilə ziyan vuran şəxsin 1974-cü il təvəllüdlü Şahin Mail oğlu Bəylərov olduğu müəyyən edilib. Maşına ciddi ziyan vuran şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayonunun 18-ci polis bölməsinə aparılıb”.

Bölmə rəisinin sözlərinə görə, Şahin Bəylərovun polis maşınlarına vurduğu zərər çox böyükdür: “O, kifayət qədər bahalı olan polis maşınına quraşdırılan “İ-patrul” sistemini (avtomoatik olaraq hərəkətli və ya hərəkətsiz halda qayda pozuntularını qeydə alan sistem) sıradan çıxarıb".

Saxlanılan şəxs əlindəki çəkiclə maşına zərbələr vurub. Onun hansı məqsədlə belə bir addım atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Diaspora