İraqın Ramadi şəhərində koalisiya qüvvələrinin keçirdiyi hava hücumu nəticəsində İŞİD-in 16 məsul şəxsi öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD rəhbərlərinin toplantı keçirdiyi barədə hökumət qüvvələrinin komandanlığına məlumat daxil olub.
İraq Ordusu və koalisiya qüvvələri toplantının keçirildiyi qərargahı bombalayıb. Nəticədə İŞİD terror qruplaşmasının rəhbərlərindən Ziya Adil Xəlil əl-Akavi və onun 15 köməkçisi məhv edilib.
İraqın paytaxtı Bağdad şəhərində isə terror aktları törədilib. Şəhərin bir neçə yerində partlayışların törədilməsi nəticəsində 5 dinc sakin ölüb, 15 nəfər yaralanıb. Şəhərin küçələrindən birində isə odlu silahla öldürülmüş 1 qadın, 1 kişi meyiti tapılıb.