Liviyada 1.7 milyon ton qaçaq yanacaq daşıyan azərbaycanlıları tutdular

Liviyada 1.7 milyon ton qaçaq yanacaq daşıyan azərbaycanlıları tutdular backend

Liviyada 1.7 milyon litr qaçaq dizel yanacağı yüklənmiş “Captain Khayyam” tankeri saxlanılıb.

Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, tankeri Liviyanın sahil mühafizə qüvvələri saxlayıb və Tripoli limanındakı hərbi dəniz bazasına aparıb. Habelə tankerin 12 heyət üzvünün də saxlanıldığı bildirilir. “Frans press” xəbər verir ki, heyət üzvləri Azərbaycan, Türkiyə və Ukrayna vətəndaşlarından ibarətdir.

“Patrul missiyası zamanı sahil mühafizə qüvvələri 1.66 milyon litr dizel yanacağı daşıyan tanker saxlanıldı”-Liviyanın sahil mühafizə qüvvələri rəsmisi Abu Ajila bildirib. O, heyət üzvlərinin də saxlanıldığını təsdiqləyib.

Virtualaz.org beynəlxalq gəmiçilik reyestrindən dəqiqləşdirib ki, “Captain Khayyam” tankeri Sierra-Leone bayrağı altında üzür. Yedək tankeridir, bu gün fevralın 13-də Liviyanın Tripoli limanından yola çıxıb. Oradan Maltaya üzməliydi. Tanker Türkiyənin “Saygi Denizcilik ve Elektrik” şirkətinə məxsusdur. Kapitan Xəyyam Məmmədov bu şirkətin gəmilərindən birində işləyib və 2012-ci ildə Albaniya sahillərində həlak olub. Saxlanılan tanker onun adını daşıyır.
Diaspora