Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qaziler.az bildirir ki, “Report”un xəbərinə görə, Füzuli küçəsi 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi “Mercedes B-Klass” markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi “Kia-Optima” markalı avtomobil toqquşub.Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsində (PB) araşdırma aparılır.