Avropa Məhkəməsi Azərbaycana 80 min avro pul cəzası kəsib.
Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, bu barədə məhkəmənin rəsmi saytında bildirilib.Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərar elan edib. Məhkəmə 2011-ci il martın 31-də və aprelin 2-də Bakıda etiraz aksiyasında iştiraka görə həbs olunan İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin birgə şikayətini təmin edib.
Yerli məhkəmələrdə onların şikayət təmin olunmayıb. Avropa Məhkəməsi onların hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin onlara 12 min avro təzminat ödəməsinə qərar verib. Məhkəmə, həmçinin digər gənc fəalların Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevlə bağlı müraciət edib.
Avropa Məhkəməsi onların hüquqlarının pozulduğu üçün 12 min avro təzminat və hüquqi xərcləri ödəmək üçün onların hər birinə 5 600 avro ödəməyi qərar verib.
Azərbaycan üç ay müddətində apellyasiya şikayəti verməsə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qüvvəyə minir.