Hindistanın Bangalor şəhərində məktəblərdən birinə girən bəbir onu tutmağa çalışan 6 nəfəri yaralayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bəbirin məktəbə yaxınlıqdakı meşəlik sahədən girdiyi güman edilir.
Təhlükəsizlik xidməti 8 yaşlı bəbiri tutmaq üçün 10 saata yaxın çalışıb. Heyvanı yalnız iynə ilə sakitləşdirmək mümkün olub.Qeyd edək ki, yaralananlar arasında Hindistanın milli telekanallarından birinin əməkdaşı da olub.