Türkiyədə şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, 7 nəfər ölüb

Türkiyədə şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, 7 nəfər ölüb backend

Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası baş verib.

Qaziler.az bildirir ki, APA-nın “Milliyet”-e istinadən verdiyi məlumata görə, Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha 16-nın müalicəsi davam edir.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.
Diaspora