Beynəlxalq Bankın bankomatından oğurluğa cəhd olub

Beynəlxalq Bankın bankomatından oğurluğa cəhd olub backend

Şəki şəhərində Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan oğurluğa cəhd olub.

Qaziler.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Diaspora