Ötən il 7 nəfər prokurorluq orqanlarından xaric edilib

Ötən il 7 nəfər prokurorluq orqanlarından xaric edilib backend

Ötən il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb.

Qaziler.az biıdirir ki, APA-nın məlumatına görə, bu gün Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov bildirib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2015-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Kollegiyada xüsusi vurğulanıb ki, görülmüş müsbət işlərlə yanaşı, qeyd edilməlidir ki, Baş Prokurorluğa hesabat ilində vətəndaşlardan qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması və təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması barədə xeyli sayda şikayətlər daxil olub. Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli istifadə olunmaması, müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələrinə səbəb olub. Bir sıra hallarda yalnız Baş Prokurorluğun müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmaqla, müraciətlərdə göstərilən vəsatətlər təmin edilib.
Diaspora