Bu gün cəsədi tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

Bu gün cəsədi tapılan neftçinin şəxsiyyəti müəyyənləşib backend

Bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib.

Qaziler.az bildirir ki, cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşən istintaq qrupu üzvlərindən birinin “Report”a verdiyi məlumata görə, bu, 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğludur.
Qeyd edək ki, onun meyiti yanvarın 29-da aşkar edilib.
Dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 12 nəfər həlak olub, 18 nəfər isə hazırda itkin düşmüş sayılır.
Diaspora