Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində vəzifəli şəxslər ölüb

Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində vəzifəli şəxslər ölüb backend

Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Qaziler.az bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Daşkəsən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.

***

saat 18.14

Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndi ərazisində “Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində iki nəfər ölüb. Xəsarət alanların olduğu da bildirilir.

Hazırda hüququ-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Araşdırma aparılır.
Diaspora