Bakıda univermaq çöküb: dağıntı altında qalanlar var - YENİLƏNİB-FOTOLAR

Bakıda univermaq çöküb: dağıntı altında qalanlar var - YENİLƏNİB-FOTOLAR backend

Yaralıları xəstəxanaya yerləşdirilib. Bu gün Suraxanıda univermaqda baş verən uçqun nəticəsində xəsarət alan şəxslər 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, 35 yaşlı Abdullayev Elşad Eyvaz oğlu və 38 yaşlı Məmmədov Bəhruz Hacıəli oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Onlar dərhal reanimasiya şöbəsinə aparılıb. Yaralılardan biri artıq palataya köçürülüb.


*****

16:03

Bakıda univermaq çöküb. Lent.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.



Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.



Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.


Diaspora