ANS MTRŞ-nı məhkəməyə verəcək

ANS MTRŞ-nı məhkəməyə verəcək backend

"Biz Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-də yayımlanan “Hesabat” verilişinin yayımını dayandırması qərarıyla bağlı məhkəməyə müraciət edəcəyik".

Qaziler.az “Report”a istinadən xəbər verir ki, bunu ANS Şirkət Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, öz hüquqlarını hüquqi yolla müdafiə edəcəklər: “Hesabat” verilişinin bağlanması qərarına qarşı mübarizə aparacağıq, məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanır və yəqin ki, yanvarın 23-də məhkəməyə müraciət edəcəyik. Artıq söz azadlığının başının üstünü məmurun aldığı ortadadır. MTRŞ-nın qərarı Azərbaycanda demokratiyaya zərbədir. Mən sabah MTRŞ-nın öz qərarına yenidən baxması və verilişin efirə qaytarılması ilə bağlı xəbər alacağıma ümüd etmək istəyirəm”.
M.Ağayev əlavə edib ki, ANS qərara qarşı mübarizə aparmaqla yanaşı, qanunla işləyən bir qurum olduğundan bu həftə “Hesabat” proqramı efirə verilməyəcək.
Onun sözlərinə görə, hazırda ANS-lə Milli Televiziya və Radio Şurasının 43 iş üzrə işi məhkəmə prosesindədir: "Biz 43 iş üzrə MTRŞ-nı məhkəməyə vermişik. Heç birində uduzmamışıq, proses hələ davam edir. Keçən il birini udmuşuq. Biz ümid edirik ki, Azərbaycan məhkəmələri bu işi həll edəcəklər. Əgər ümidlərimiz doğrultmasalar, təbii ki, Avropa Məhkəməsinə də müraciət edə bilərik”.
Qeyd edək ki, bu gün MTRŞ ANS-də yayımlanan “Hesabat verilişinin yayımını bir aylığına dayandırıb.
Diaspora