Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb backend

Bakının Nəsimi rayonundakı Nizami küçəsindəki yaşayış binasının çardağında yanğın baş verib.

Qaziler.az bildirir ki, APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğınsöndürənlər binanin damındakı yardımçı tikilidəki yanğının mənzillərə keçməsinin qarşısını alıblar.

Yanğın tam söndürülüb.
Diaspora