Bakıda binada yanğın olub: iki nəfər xəsarət alıb

Bakıda binada yanğın olub: iki nəfər xəsarət alıb backend

20 nəfər sakin təxliyə edilib

Bu gün Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Qaziler.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 5-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Həmçinin mənzillərdən 20 nəfər sakin təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Diaspora