Sabah Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Qaziler.az bildirir ki, SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yanvarın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Qaracalar”, “Otuzikilər”, “İmişli”, “İmişli şəkər” və ``Əlillər``, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir müddətində Göy-Göl rayonunun Balçılı və Qırxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.